Neft emalı 8 faiz yüksəlib

post-img

Bu ilin yanvar–oktyabr aylarında Azərbaycanda 5,5 milyon ton neft emal edilib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 400 min ton və ya 7,8 faiz çoxdur. Bu barədə XQ-yə Energetika Nazirliyindən məlumat verilib. 

Qeyd edək ki, Azərbaycanda neftin emalına 1953-cü ildə başlanılıb. Həmin il istifadəyə verilmiş və hazırda Ümummilli lider Heydər Əliyevin adını daşıyan Bakı Neft Emalı Zavodu hazırda ölkəmizin neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda müəssisədə  yenidənqurma və modernləşdirmə işləri davam etdirilir. 

XQ

 

İqtisadiyyat