Azad edilmiş ərazilərdə sahibkarlığa dəstək

post-img

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sahibkarlara verilən dövlət zəmanətli, subsidiya mexanizmli kreditlərin maksimal məbləği 5 milyon manat ola bilər. Bunu İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Eldar Həmidov Bakıda keçirilən “Dayanıqlı maliyyə və investisiya” mövzusunda II Bakı Forumunda bildirib.

Onun sözlərinə görə, bu kreditlər maksimum 7 il müddətinə verilə bilər ki, onların da, təxminən, 90 faizi üçün dövlət zəmanəti tətbiq edilir. Kreditlər üçün maksimum 3 il olmaqla güzəşt müddətinin müəyyən edildiyini bildirən sədr müavini deyib ki, illik faiz dərəcəsi maksimum 15 faiz olan bu kreditlərin 10 faizlik hissəsi subsidiyalaşdırılacaq.

XQ

İqtisadiyyat