Ölkəmizdə əsas kapitala yönəldilmiş vəsait artıb

post-img

Bu ilin yanvar–oktyabr aylarında ölkəmizdə əsas kapitala 14 milyard 258 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,1 faiz çox vəsait yönəldilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 20,4 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 15,4 faiz artıb. İstifadə olunmuş vəsaitin 8 milyard 414,6 milyon manatı və ya 59 faizi məhsul istehsalı sahələrinə, 5 milyard 108, milyon manatı (35,8 faizi) xidmət sahələrinə, 735,4 milyon manatı (5,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf edilib.

Yanvar–oktyabr aylarında ölkədə əsas kapitala yönəldilmiş vəsaitlərin 11 milyard 31,1 milyon manatını və ya 77,4 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 10 milyard 444,4 milyon manatı və ya 73,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə xərclənib.

İlin ötən dövründə əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 45,5 faiz, büdcə vəsaitləri 40,8 faiz, əhalinin şəxsi vəsaitləri 6,3 faiz, bank kreditləri 2,5 faiz, digər vəsaitlər isə 4,9 faiz təşkil edib.

XQ

 

İqtisadiyyat