Bu ilin yanvar-oktyabr ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarların 2470 layihəsi maliyyələşdirilib. Fondun məlumatına görə, bu məqsədlə 127,3 milyon manat güzəştli kredit ayrılıb.
“Verilən kreditlər hesabına 2009 yeni iş yerinin yaradılması nəzərdə tutulur”, - məlumatda bildirilir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov isə Bakıda keçirilən Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumunda deyib ki, Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə aktiv məşğul olanların sayı 683 mindən çoxdur. Özəl bölmənin Ümumi Daxili Məhsulda (ÜDM) payı 86,5 faiz, məşğulluqda payı isə 78 faizdən artıqdır.
P.ƏFƏNDİ