Özəl sektorun iqtisadiyyatda payının 88 faizə çatdırılması hədəflənir

post-img

Bakıda Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumu keçirilir. İqtisadiyyat naziri Mikayıl Cabbarov forumda çıxış edib.  

Nazir deyib ki, “2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası nəticəsində ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4 faiz, qeyri-neft-qaz ÜDM-nin isə illik orta hesabla 5 faiz artımı, habelə özəl sektorun iqtisadiyyatda payının 88 faizə çatdırılması, 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri-neft-qaz ixracının həcminin 85 faiz artırılması hədəflənir. 

"Ümumiyyətlə, dayanıqlı inkişafa nail olunmasında bütün maraqlı tərəflərlə səmərəli əməkdaşlığın və investisiyaların rolu vacibdir. Bu baxımdan bugünkü forum çərçivəsində istər dövlət, istər qeyri-hökumət təşkilatları, investorlar və beynəlxalq təşkilatlarla aparılacaq müzakirələrin və qurulan əməkdaşlıqların ölkəmizdə “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliy"in icrasına öz müsbət töhfəsini verəcəyinə inanıram", - deyə nazir qeyd edib.

P.ƏFƏNDİ

 

İqtisadiyyat