2023-cü ilin sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 26 milyard 803,6 milyon manat səviyyəsində olacağı gözlənilir.
Bu, 119 milyard 650,0 milyon manat məbləğində proqnozlaşdırılan ÜDM-in 22,4 faizini təşkil edəcək. Həmin dövrdə xarici dövlət borcunun 10 milyard 848,2 milyon manat (6 milyard 381,3 milyon ABŞ dolları) və ya ÜDM-in 9,1 faizi həcmində, daxili dövlət borcunun isə 15 milyard 955,4 milyon manat və ya ÜDM-in 13,3 faizi həcmində olacağı proqnozlaşdırılır.
P.ƏFƏNDİ