Sığorta yatırımı 1,4 milyard manatı ötüb

post-img

2023-cü ilin birinci yarısında Azərbaycanda sığorta şikətlərinin investisiyaları ötən ilin sonu ilə müqayisədə 10,7 faiz artaraq 1 milyard 404 milyon manata çatıb. Artım, əsasən, dövlət qiymətli kağızları (19,8 faiz və ya 125 milyon manat) hesabına baş verib. Bu barədə Azərbaycan Mərkəzi Bankının “Maliyyə Sabitliyi Hesabatında” bildirilib.

Xatırladaq ki, həyat sığorta şirkətlərinin vəsaitlərinin 90 faizini, qeyri-həyat sığorta şirkətlərinin vəsaitlərinin isə 65 faizini investisiya portfeli təşkil edir. Həyat və qeyri-həyat sığorta şirkətlərinin investisiyları, əsasən, dövlət qiymətli ka­ğızlarından və bank vəsaitlərindən ibarətdir.

XQ

İqtisadiyyat