Aqrar-sənayedə ixrac 594 milyon dollara çatıb

post-img

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, Azərbaycanda bu ilin yanvar–avqust aylarında aqrar–sənaye məhsulları ixracının dəyəri 10,4 faiz artaraq 594 milyon dollara çatıb.

Məlumata əsasən, qeyri-neft ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 32,8 faiz arta­raq 133 milyon dollar təşkil edib.

XQ

İqtisadiyyat