Londondakı ICE Futures birjasında Brent markalı neft ucuzlaşıb. Onun dekabr fyuçerslərində bir bareli 89,91 dollara satılıb. Bu markanın nefti sonuncu dəfə sentyabrın 8-də 90 dollardan aşağı satılmışdı.
Ekspertlər bildirib ki, ABŞ-ın gəlirlərinin artması və güclü ABŞ dolları bazara təsir edib. Güclü dollarla birlikdə daha yüksək faiz dərəcələri də nefti digər valyutalar üçün bahalaşdırır və bu, neftə tələbatı azalda bilər.
ABŞ-nin Qərbi Texas nefti (WTI) 78 sent ucuzlaşaraq 88,04 dollar olub. "Azeri Light" markalı Azərbaycan nefti isə 2,34 dollar ucuzlaşaraq 97,77 dollara satılıb.
P.ƏFƏNDİ