“Azərpambıq” ASC-nin ixrac gəlirləri azalıb

post-img

Bu ilin yanvar-avqust aylarında “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 16,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.  Bu barədə “İxrac İcmalı”nda  bildirib. 

Məlumata görə, şirkətin ixrac gəlirləri ötən ilin eyni dövrünə nisbətən 3 dəfə və ya 33,9 milyon dollar (57,63 milyon manat) azalıb. Belə ki, 2022-ci ilin eyni dövründə isə "Azərpambığ"ın ixracdan gəliri 50,5 milyon ABŞ dolları təşkil etmişdi.

 
Qeyd edək ki, "Azərpambığ"ın pambıq ixracı üzrə bazar payı da kəskin azalıb. Belə ki, 2022-ci ilin ilk səkkiz ayında MMC-nin bazar payı 35,2% təşkil edibsə, bu il bu rəqəm 19,9 faizə enib. 

Şirkət hesabat dövrü üzrə  ixracının həcminə görə qeyri-neft sektoru üzrə fəaliyyət göstərən dövlət şirkətləri arasında 6-cı olub.

P.ƏFƏNDİ

İqtisadiyyat