Dünən Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 54.1 milyon ABŞ dolları təşkil edib. Bankdan verilən məlumata görə, tələb tam təmin edilib.
Qeyd edək ki, bu göstərici ötən hərracdan 84 faiz çoxdur. Belə ki, 28 sentyabrda keçirilən valyuta hərracında banklar 29.4 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
P.ƏFƏNDİ