Bir dollar 100 rubldan baha satılıb

post-img

Oktyabrın 3-də Rusiya rublu dollara nisbətən ucuzlaşıb. Valuta hərracının əvvəlində 1 dolların məzənnəsi 100 rublu ötüb. 

Səhər saatlarında ABŞ valyutası 100,255 rubla satılırdı. Bu da əvvəlki günün bağlanışında qeydə alınan rəqəmdən 49 qəpik yüksəkdir. Dollar bu il ikinci dəfə 100 rubldan baha satılır. Əvvəlki dəfə bu, avqustun 14-də baş vermişdi. Avronun məzənnəsi isə 104,717 rubl idi. 

Azərbaycanda isə dolların məzənnəsi manata nisbətən dəyişməyib. Mərkəzi Bankının rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Avronun məzənnəsi 1 faiz azalaraq 1,7790 manat, Rusiya rublunun məzənnəsi isə 1,7 faiz azalaraq 0,0170 manat təşkil edib.

 

 

P.ƏFƏNDİ

İqtisadiyyat