UEFA-dan AFFA rəsmisi ilə bağlı yeni təyinat

post-img

AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək UEFA-dan növbəti təyinat alıb.

XQ AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Serbiyada yerli “Baçka Topola” və Yunanıstanın "Olimpiakos" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyununda hakim-inspektor olacaq.

Qeyd edək ki, qarşılaşma oktyabrın 5-də "TSC Arena"da gerçəkləşəcək

 

Elçin ABBASOV

XQ

İdman