Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-20-də keçirilmiş antiterror tədbirlərində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb.
Siyahıda hərbi qulluqçuların fotoşəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumatlar təqdim olunub.
Belə ki, antiterror tədbirlərində şəhid olmuş daha beş hərbçinin adı Müdafiə Nazirliyinin açıqladığı yeni siyahıya əlavə edilib, hazırda siyahıda həlak olan 191 hərbi qulluqçunun adı var.
Qeyd edək ki, lokal antiterror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub. Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir.
11 nəfərin şəxsiyyətinin Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcəyi qeyd olunmuşdu.
Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!