Buğda istehsalında İsrail texnologiyası

post-img

İsrailin Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafı Nazirliyinin mediada yayılan məlumatına əsasən, dost ölkə Azərbaycanla buğda yetişdirilməsi və istehsalı üzrə müqavilə imzalayıb. Razılaşmanın bu ölkənin adıçəkilən naziri Avi Dixterin respublikamıza səfəri zamanı əldə edildiyi qeyd edilib. 

Müqavilə suvarma, torpağın məh­suldarlığının saxlanılması və bitki mü­hafizəsi sahələri daxil olmaqla, İsrailin buğda istehsalında tətbiq etdiyi texno­logiyanı Azərbaycanla paylaşmasını özündə birləşdirir.

Qeyd edək ki, İsrailin müqaviləni imzalamaqda məqsədi ölkəmizin ərzaq təhlükəsizliyinin reallaşmasına töhfə verməkdir. Oxşar müqavilələrin Avropa və Afrika ölkələrində də imzalanacağı nəzərdə tutulur. 

XQ

İqtisadiyyat