I yarımildə 3 milyard dollar xarici investisiya cəlb edilib

post-img

Mərkəzi Bankın məlumatına əsasən, bu ilin 6 ayında xaricdən cəlb olunan investisiyaların ümumi məbləği 3 milyard dollar, xaricə yatırılan sərmayələrin həcmi isə 0,6 milyard dollar olub. Ölkə iqtisadiyyatı qoyulan birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 75,9 faiz təşkil edib.

Dövlət Statistika Komitəsinin məlu­matına görə, 2023-cü ilin yanvar-avqust aylarında xarici ölkələr və beynəlxalq təşkilatların əsas kapitala yönəltdikləri vəsaitin 2 milyard 285 milyon manatı (90,4 faizi) Birləşmiş Krallıq, Türkiyə, ABŞ, Fransa, Yaponiya, Rusiya, İsveç­rə və Norveç sərmayədarlarına məx­sus olub.

XQ

İqtisadiyyat