8 ayda investisiya qoyuluşu 11 milyard manata çatıb

post-img

2023-cü ilin yanvar-avqust aylarında ölkəmizdə əsas kapitala 10 milyard 864,8 milyon manat məbləğində vəsait yönəldilib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,4 faiz çoxdur. Bu barədə XQ-yə Dövlət Statistika Komitəsindən məlumat verilib. 

Komitənin məlumatına əsasən, hesabat dövründə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 12,2 faiz, qeyri neft-qaz sektoruna yönəl­dilən vəsaitin həcmi isə 17,1 faiz ar­tıb. İstifadə olunmuş vəsaitin 6 milyard 199,6 milyon manatı və ya 57,1 faizi məhsul istehsalı sahələrinə, 4 milyard 116,1 milyon manatı (37,9 faizi) xid­mət sahələrinə, 549,1 milyon manatı (5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 8 milyard 336,5 milyon ma­natını və ya 76,7 faizini daxili vəsaitlər təşkil edib. Bunun da 7 milyard 928,4 milyon manatı və ya 73 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetiril­məsinə sərf olunub.

Qeyd edək ki, əsas kapitala yönəl­dilmiş vəsaitin ümumi dəyərində müəs­sisə və təşkilatların öz vəsaitləri 46,1 faiz, büdcə vəsaitləri 39,3 faiz, əhalinin şəxsi vəsaitləri 6,5 faiz, bank kreditləri 2,8 faiz, sair vəsaitlər isə 5,3 faiz təşkil edib.

XQ

İqtisadiyyat