Vergi daxilolmaları 23 faiz çoxalıb

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şə­bəkəsindəki hesabında bu ilin yanvar-avqust aylarında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcminin 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz artaraq 12 milyard 80,4 milyon manat təşkil etdiyini bildirib. 

Nazir, həmçinin həmin müddətdə qeyri neft-qaz sektorun­dan vergi daxilolmalarının ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 faiz artaraq 6 milyard 865,6 milyon manat olduğunu da qeyd edib.

XQ

İqtisadiyyat