Qarabağ və Şərqi Zəngəzurda özəl fəaliyyət artır

post-img

Azad edilmiş rayonlarda bu il 1238 sahibkarlıq subyekti yaradılıb 

2023-cü ilin birinci yarısında işğaldan azad edilmiş rayonlarda 69 yeni müəssisə və təşkilat, 1238 yeni fərdi sahibkarlıq subyekti yaradılıb. 

Dövlət Statistika Komitəsinin mə­lumatına görə, cari ilin birinci yarısında bərpa-quruculuq işlərinin sürətlə davam etdiyi Qarabağ və Şərqi Zəngəzurda 623 yeni iş yeri yaradılıb. Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yeni ya­radılan müəssisə və təşkilatların sayı 68 faiz, fərdi sahibkarlıq subyektlərinin sayı 11 faiz, yeni iş yerlərinin sayı isə 2,4 dəfə artıb.

Yeri gəlmişkən, hesabat dövründə ən çox müəssisə (18) və fərdi sahibkarlıq su­byekti (472) Ağdamda, ən çox iş yeri isə Laçında (328) və Şuşada (177) yaradılıb.

“Xalq qəzeti”

İqtisadiyyat