Sənaye zonalarında 19 yeni rezident işə başlayıb

post-img

Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 19 sahibkarlıq subyektinə rezident statusu verilib. Agentliyin məlumatında bildirilir ki, həmin, rezidentlər, ümumilikdə 244 milyon manatdan artıq investisiyanın yatırılmasını, 1500-dən çox iş yerinin yaradılmasını planlaşdırır.

İndiyə qədər isə sənaye zonaların­da 134 sahibkarlıq subyektinə rezident­lik statusu verilib və bunlardan artıq 68-i fəaliyyətə başlayıb. Sənaye zo­naları üzrə ümumi investisiya məbləği 7,18 milyard manatdır. Sahibkarlar in­diyədək 6,56 milyard manatdan çox in­vestisiya yatırıb və 10 min 600-dən çox daimi iş yeri yaradıb. Növbəti mərhələ­də mövcud layihələr üzrə sənaye zona­larına əlavə olaraq 690 milyon manata yaxın investisiyanın yatırılması, 5 min 200-dən çox daimi iş yeri yaradılması nəzərdə tutulur.

Sənaye zonalarında, indiyədək, ümumilikdə, 10 milyard 23 milyon ma­natlıq məhsul istehsal edilib ki, bunun 3 milyard 35 milyon manatlıq hissəsi ix­rac olunub. İxrac “Made In Azerbaijan” brendi adı ilə 60-a yaxın ölkə ilə həyata keçirilir. Bu ilin I yarısında sənaye zona­larında fəaliyyət göstərən müəssisələr 1 milyard 4 milyon manatlıq məhsul sa­tıb ki, bunun 33,6 faizlik hissəsi ixracın payına düşüb.

Qarabağın bərpası, dirçəldilməsi və sənaye potensialının inkişaf etdirilməsi məqsədilə yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkla­rında indiyə qədər investisiya kapitalı 200 milyon manatdan çox olan 31 sa­hibkarlıq subyektinə rezidentlik və qey­ri-rezidentlik statusu verilib. Bu sahib­karlıq subyektləri 2 mindən artıq daimi iş yerinin yaradılmasını nəzərdə tutur.

“Xalq qəzeti”

İqtisadiyyat