Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Araz” Elm-İstehsalat Birliyinin əkin sahələrində taxıl biçininə başlanılıb. Zəmilərə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 4 kombaynı çıxarılıb.
Biçinə baxış keçirən Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşovaya bildirilib ki, “Araz” Elm-İstehsalat Birliyi tərəfindən ötən ilin payızında 117 hektar sahədə bu ilin məhsulu üçün taxıl əkini keçirilib. Onun 107 hektarını buğda, 10 hektarını isə arpa təşkil edir. Sahələrdə “Qobustan”, “Əhmədağa”, “Konya”, “Fatimə”, “Bayraqdar” buğda və “Qarabağ-22”, “Qarabağ-33” arpa toxum sortları ilə yanaşı, Rusiya Federasiyasından gətirilmiş “Alekseiç”, “Tanya”, “Qomer”, “Qrom” buğda sortlarının da sınaq əkinlərini həyata keçirib. İlk gündə 41,6 hektarda biçin aparılıb, orta məhsuldarlıq 27 sentner olub.
Səbuhi HƏSƏNOV, “Xalq qəzeti”