Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar–iyun aylarında ölkəmizdəki xarici müəssisə və təşkilatlar əsas kapitala 1 milyard 939,4 milyon manat vəsait yönəldib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20,7 faiz çoxdur.
Hesabat dövründə xarici investisiyaların 1 milyard 838,3 milyon manatı (94,8 faizi) Böyük Britaniya, Fransa, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Rusiya, Norveç və İran sərmayədarlarına məxsus olub.
“Xalq qəzeti”