Sumqayıt Kimya Sənaye Parkı 60 ölkəyə məhsul ixrac edir

post-img

Ötən altı ay ərzində Sumqayıt Kimya Sənaye Parkında 1,3 milyard manatlıq məhsul istehsal olunub. İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, ixrac edilən məhsulun həcmi 446,3 milyon manat təşkil edib. 

İndiyədək sənaye parkında 8,7 mil­yard manatlıq məhsul istehsal edilib ki, bunun da 36 faizi ixracın payına düşüb. İxrac ölkələri kifayət qədər genişdir. Sə­naye parkı dünyanın 60 ölkəsinə məhsul ixrac edir.

Qeyd edək ki, hazırda parkda 20 re­zident fəaliyyət göstərir. Sənaye parkına yatırılan sərmayənin həcmi 5,3 milyard manatdan çoxdur. Burada 6400-dən artıq daimi iş yeri yaradılıb.

“Xalq qəzeti”

İqtisadiyyat