Ölkəmiz neft məhsullarının ixracından 226,9 milyon dollar qazanıb

post-img

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan 226 milyon 950,6 min ABŞ dolları dəyərində 377 min 917,92 ton neft məhsulları ixrac edib.

Bu barədə Dövlət Gömrük Komitəsi­nin cari ilin 4 ayının göstəricilərinə dair hesabatında məlumat verilib. Komitənin məlumatına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsulla­rının dəyəri 2022-ci ilin müvafiq dövrü­nün göstəricisi ilə müqayisədə iki dəfə­dən çox, həcmi isə 95,1 faiz artıb.

Xatırladaq ki, ötən il Azərbaycan 527 milyon 355,16 min ABŞ dolları dəyərin­də 770 min 815,85 ton neft məhsulları ixrac edib. Bununla belə, cari ilin 4 ayın­da ölkənin ixrac etdiyi neft məhsullarının dəyəri 2021-ci ilin göstəricisi ilə müqa­yisədə 18,8 faiz, həcmi isə 42,6 faizə yaxın azalıb.

“Xalq qəzeti”

İqtisadiyyat