Gəncədə İtaliya traktorları

post-img

Gəncə avtomobil zavodu İtaliyanın “SDF Group” şirkəti ilə kənd təsərrüfatı traktorlarının istehsalı sahəsində əməkdaşlıq edəcək. Bununla bağlı Gəncə Avtomovil Zavodu İstehsalat Birliyinin direktoru Bağban Nəbiyev və İtaliyanın “SDF Group” şirkətinin beynəlxalq regional direktoru Umberto Miceli müqavilə imzalayıblar.

Müqaviləyə əsasən ilkin mər­hələdə Gəncədə alman modellə­ri olan “DEUTZ-FAHR 4100 W”, “6205 g” və “115 G AGROFARM” modelləri yığılacaq. Eyni zamanda, gələcəkdə İtaliyanın “SDF Group” şirkəti ilə ikitərəfli əməkdaşlıq çər­çivəsində yığılacaq traktorların model sırasının genişləndirilməsi nəzərdə tutulur. Məlumat üçün bildirirk ki, italyan şirkəti Avropa və dünyanın kənd təsərrüfatı baza­rında öz keyfiyyəti və davamlılığı, yüksək məhsuldarlıq xüsusiyyətləri ilə seçilən traktorlarların istehsalı ilə məşhurdur.

Birliyin serviz və marketinq şö­bəsinin apardığı araşdırmalara görə, keyfiyyəti ilə seçilən alman traktorlarına Azərbaycan bazarın­da tələbatın olduğunu nəzərə alan Gəncə Avtomobil Zavodu İstehsa­lat Birliyi ilkin mərhələdə il ərzində 300-ə yaxın traktorun yığılmasını planlaşdırır.

Məlumat üçün bildiririk ki, 2004-cü ildən fəaliyyətə başlayan Gəncə avtomobil zavodunda 2007-ci il­dən bəri müxtəlif modeldə və mo­difikasiyada 15 minə yaxın traktor və digər kənd təsərrüfatı texnikası yığılaraq təhvil verilib. Bu müddət­də zavodda 5 mindən çox müxtəlif markalı və müxtəlif modeldə yük avtomobili yığılıb.

“Xalq qəzet”

İqtisadiyyat