Qeyri-rezidentin gəliri ilə bağlı vergi öhdəliyi müəyyənləşib

post-img

Vergi Məcəlləsinə əsasən, müştərilərin depozitlərinin və hesablarının idarə edilməsi, tədiyələr, köçürmələr, borc öhdəlikləri və tədiyə vasitələri ilə bağlı əməliyyatlar maliyyə xidmətlərinə aid edilib.

Dövlət Vergi Xidmətindən bildirilib ki, məcəlləyə görə, idarəetmə, maliyyə xidmətləri göstərilməsindən əldə edilən gəlir - bu gəlir rezident hüquqi şəxsin və ya qeyri-rezidentin Azərbaycan Respub­likasının ərazisində yerləşən daimi nü­mayəndəliyi tərəfindən ödənilirsə, yaxud o, həmin müəssisə və ya onun daimi nü­mayəndəliyi ilə bağlanmış müqaviləyə əsasən əldə edilibsə, Azərbaycan mən­bəyindən gəlirlərə aid edilir.

Həmçinin qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində vergi tutulması Ver­gi Məcəlləsinin 125.1-ci maddəsi ilə tən­zimlənir.

Vergi Məcəlləsinin 125.1.5-ci mad­dəsinin müddəalarına əsasən qeyri-re­zidentin, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respub­likasının ərazisindəki daimi nümayəndə­liyinə aid olmayan işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən digər gəlirlərindən ödəmə mənbə­yində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulur.

İqtisadiyyat