Hərraca 40 dövlət əmlakı çıxarılacaq

post-img

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mayın 30-da keçiriləcək növbəti hərraca çıxarılan 40 əmlakdan 3-ü səhmdar cəmiyyətinin səhm paketi, 12-si kiçik dövlət müəssisəsi və obyekti, 25-i isə nəqliyyat vasitəsidir.

Hərracda iştirak edəcək şəxslər təmir və nəqliyyat sahələri üzrə “Azinterser­vis”, “Yevlax Tikinti-Quraşdırma” və “Xaç­maz Mexanizasiya-Nəqliyyat” səhmdar cəmiyyətlərinin səhmlərini özəlləşdirə bilərlər. Səhmdar cəmiyyətlərin nizam­namə kapitalı 65 min manatla 886 min 154 manat arasında dəyişir. Dövlət əmlaklarının əksəriyyəti torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılıb. Hərra­ca çıxarılan nəqliyyat vasitələri əsasən Rusiya və Çexiya istehsalıdır.

“Xalq qəzeti”

İqtisadiyyat