Qardaş ölkədə qaz tədarükü artıb

post-img

Azərbaycan Türkiyəyə təbii qaz ixracını 2023-cü ilin fevralında 2022-ci ilin analoji dövrü ilə müqayisədə 9,12 faiz artıraraq 747,52 milyon kubmetrdən 815,73 milyon kubmetrə çatdırıb.

Türkiyə Enerji Bazarlarının Tən­zimlənməsi İdarəsinin yaydığı məlu­mata əsasən, Azərbaycan hesabat dövründə qardaş ölkəyə təbii qaz ixra­cının həcminə görə üçüncü yer tutub.

Bu ilin fevral ayında Türkiyəyə ən böyük təbii maye qaz ixracçısı 2,066 milyard kubmetr göstərici ilə Rusiya olub. Göstərici 2022-ci ilin analoji döv­ründəki tədarüklə müqayisədə 12,20 faiz azdır.

İkinci yerdə 1,021 milyon kubmetr göstərici ilə ABŞ dayanıb ki, bu göstə­rici də 2022-ci ilin fevralı ilə müqayisə­də 31,07 faiz azdır.

Qeyd olunan dövrdə Türkiyə bü­tünlükdə qaz idxalını 2022-ci ilin fevral ayı ilə müqayisədə 4,16 faiz azalda­raq 6,273 milyard kubmetrdən 6,012 milyard kubmetrə salıb ki, bunun da təqribən 3,147 milyard kubmetri boru kəmərləri ilə tədarüklərin, 2,864 mil­yard kubmetri isə maye təbii qazın pa­yına düşüb.

 

“Xalq qəzeti”

İqtisadiyyat