Bu il 24,5 milyard kubmetr qaz tədarük ediləcək

post-img

Energetika Nazirliyindən aldığımız məlumata görə, Trans-Anadolu (TA­NAP) və Trans-Adriatik (TAP) boru kəmərləri istismara veriləndən indiyə kimi Türkiyəyə 20,9 milyard kubmetr, Avropaya isə 22 milyard kubmetr Azərbaycan qazı tədarük edilib. Bu il isə 24,5 milyard kubmetr gözlənilən qaz ixracımızın 10,2 milyard kubmet­rinin Türkiyəyə, 12 milyard kubmetrə yaxın həcmin Avropaya tədarükü nəzərdə tutulur. 

Xatırladaq ki, TAP boru kəməri Cənu­bi Qaz Dəhlizinin mərkəzi elementidir. Bu kəmər vasitəsi ilə Azərbaycan qazının bir hissəsi Türkiyəyə, digər hissəsi isə Avro­paya nəql edilmək üçün Türkiyə ilə Yu­nanıstanın sərhədinədək çatdırılır. TAP kəməri ilə Avropaya kommersiya yönüm­lü Azərbaycan qazının nəqlinə 2021-ci ilin dekabrın 31-də başlanılıb.

 

“Xalq qəzeti”

İqtisadiyyat