AZAL Bakıdan Qara dəniz sahilinə - Trabzon şəhərinə reyslər açır

post-img

“Azərbaycan Hava Yolları”nın (AZAL) tərkibinə daxil olan “Buta Airways” aviaşirkəti Bakıdan yeni marşrut açır.

AZAL-dan AZƏRTAC-a bildirilib ki, mayın 4-dən etibarən aviaşirkət Bakı-Trabzon-Bakı istiqamətində uçuşlar həyata keçirəcək.

Uçuşlar həftədə iki dəfə, cümə axşamı və bazar günlərinə planlaşdırılır.

Qeyd edək ki, Qara dəniz sahilində yerləşən Trabzon şəhəri zəngin mədəniyyəti və maraqlı tarixi ilə məşhurdur. Trabzonda çimərlik mövsümü maydan oktyabr ayınadək davam edir.

“Buta Airways”in bütün planlaşdırılmış reyslərinə aviabiletləri aviaşirkətin www.butaairways.az rəsmi internet saytından və ya mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

İqtisadiyyat