Sahibkarlığa dəstək mexanizmi yenidən qurulur

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında cari il yanvarın 1-dək Sahibkarlığın İnkişafı Fonduna daxil olmuş müraciətlər əsasında kredit faizlərinin subsidiyalaşdırılması çərçivəsində sahibkarlara 68,5 milyon manat ödənildiyini bildirib. Nazir, həmçinin adıçəkilən fonda daxil olan müraciətlər üzrə 71,9 milyon manat subsidiyanın verildiyini diqqətə çatdırıb: “Sahibkarlara dəstək çərçivəsində tətbiq edilən kredit faizlərinin subsidiyalaşdırılması mexanizmi iqtisadi aktivliyin təmin olunmasına və biznes subyektləri tərəfindən daha çox layihənin reallaşdırılmasına imkan yaradır”.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və uğurlu islahatlar nə­ticəsində ölkəmizdə özəl sektor iqti­sadiyyatın aparıcı qüvvəsinə çevrilib, sahibkarlığın ÜDM-də payı 81 faizə, məşğulluqda payı isə 77 faizə çatıb. Özəl bölməyə dövlət dəstəyinin daim diqqətdə saxlanılması qeyri-neft sek­torunda müasir texnologiyalara əsas­lanan yeni istehsal və emal müəs­sisələrinin, infrastruktur sahələrin yaradılmasına, real sektora investisiya qoyuluşlarının sürətlənməsinə əlverişli şərait yaradıb.

Ölkədə sahibkarlığa dövlət maliy­yə yardımı mexanizminin formalaş­dırılması kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsini gerçəkləşdirib. Bu, İqtisa­diyyat Nazirliyinin Sahibkarlığın İnkişa­fı Fondunun vəsaiti hesabına güzəştli maliyyələşmə mexanizmlərinin tətbiqi ilə reallaşıb. Adıçəkilən fondun vəsa­iti əsasən, qeyri-neft sektorunun inki­şafı, innovativ texnologiyaların tətbiqi və ixrac əməliyyatları üzrə investisi­ya layihələrinin maliyyələşdirilməsinə yönəldilib. 

Onu da deyək ki, bu məsələdə, yəni özəl qurumların investisiya təminatının gücləndirilməsində “Azərbaycan İnves­tisiya Şirkəti” ASC də səmərəli fəaliy­yət göstərir. Bu qurum fəaliyyətində respublikamızda qeyri-neft sektoru­nun inkişafını sürətləndirmək, strateji təşəbbüsləri gerçəkləşdirmək məqsədi daşıyan, rəqabətqabiliyyətli və əlavə dəyər yaradan, xüsusilə ixracyönümlü layihələrə sərmayə yatırmağı diqqətdə saxlayır. 

İqtisadiyyat Nazirliyinin məlumatına görə, ölkə üzrə sahibkarlıq subyektlə­rinin 99,6 faizi kiçik və orta sahibkarlıq subyektləridir və onların əlavə dəyərin yaradılmasında, ixrac, məşğulluq və investisyalarda payı getdikcə artır. Ki­çik və orta sahibkarlığın ölkə iqtisadiy­yatında rolunun və rəqabət qabiliyyəti­nin yüksəldilməsi, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaş­dırılması, həmçinin institusional dəstək mexanizmlərinin formalaşdırılması məqsədilə nazirliyin tabeliyində Ki­çik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yaradılıb. 

Agentlik tərəfindən kiçik və orta sa­hibkarlıq sobyektlərinin iqtisadiyyatda rolunun və rəqabət qabiliyyətinin, ma­liyyə resurslarına və satış bazarlarına çıxışının genişləndirilməsi istiqamətin­də müxtəlif təşviq və dəstək mexanizm­ləri həyata keçirilir. KOB dostu ofisləri, KOB İnkişaf Mərkəzləri, KOB-lar üçün təhsil, elm, tədqiqat layihələrinin maliy­yələşdirilməsi, “Startap şəhadətnamə­si”nin verilməsi buna misal ola bilər.

 

Mirağa ƏHMƏDOV,

iqtisadçı-ekspert

Respublikamızda son illər ərzində özəl bölmənin inkişafına daim qayğı və diqqət göstərilib. Bu sahədə lisenziya tələb olunan fəaliyyət növlərinin sayı əhəmiyyətli dərəcədə azaldılıb, inves­tisiya yatırımının stimullaşdırılması məqsədilə investisiya təşviqi sənədinin verilməsinə başlanılıb, satınalmalar sahəsində kotirovka sorğusu prosedu­ru tamamilə elektronlaşdırılaraq, vahid internet portalı yaradılıb. 

Bütün bunlarla yanaşı, sahibkarlı­ğın inkişafını şərtləndirən vergi qanun­vericiliyi müasirləşdirilib. Özəl sektorun fəaliyyətini daha da gücləndirilmək məqsədilə şəffaflıq və hesabatlılığın artırılması, rəqəmsallaşmanın geniş vüsət alması, rəqabət mühitinin inki­şafının təmin olunması kimi məsələlər hər zaman diqqətdə saxlanılıb. 

Bütün bunların nəticəsidir ki, ha­zırda Azərbaycanda qeydiyyatdan keçmiş sahibkarların sayı 1,4 milyona yaxındır. Bu göstərici, eyni zamanda, respublikada biznes fəaliyyətinə olan maraqdan irəli gəlir. 

Onu da qeyd edim ki, sahibkarlığın sürətli inkişafında ən önəmli cəhətlər­dən biri maliyyə əlçatanlığı məsələ­sidir. Lakin etiraf edək ki, bu sahədə görüləsi işlər hələ çoxdur. Məsələn, Azərbaycanda bankların və bank ol­mayan kredit təşkilatlarının kredit port­felinin həcmi sahibkarların maliyyəyə çıxış imkanlarını mədudlaşdırır. 

Bu fikri bir qədər də konkretləşdirib deyə bilərəm ki, respublikada bank­ların kredit portfeli geniş olsa da, kre­ditləşmədə regionların payı, təxminən, 23 faiz, Bakı üzrə isə 77 faizdir. Eyni zamanda, hər bir KOB subyekti maliy­yə mənbələrinə çıxış edərkən yüksək faiz dərəcəsi, sərt girov şərtləri, risklə­rin bölüşdürmə və kreditlərə zəmanət mexanizmlərinin əlçatan olmaması kimi çətinliklərlə üzləşir. 

Bütün bu məsələlər nəzərə alına­raq bankların yeni və daha geniş müş­təri şəbəkəsinə çıxışı asanlaşdırılma­lı, risklərin minimallaşdırılması təmin edilməli, kiçik və orta biznes sektoruna yönələn təminat sistemi daha da tək­milləşdirilməlidir. 

Bundan başqa, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən kreditlərə verilən dövlət zəmanəti mexanizmləri, faizlərin subsidiyalaşdırılması haqqın­da sahibkarların məlumatlılığını ar­tırmağa, həmçinin mexanizmin gələ­cəkdə təkmilləşdirilməsinədə ehtiyac duyulur.

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat