Sığorta bazarı genişlənib

post-img

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, ölkənin sığor­ta bazarı 14 faiz genişlənib. Eyni zamanda, cari ilin yanvar ayında respublikadakı 20 sığorta şirkətinin xətti ilə 133 milyon 948 min manat məbləğində sığorta haqqı toplanı­lıb. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz çoxdur. 

Hesabat dövründə sığorta şirkətləri­nin həyata keçirdikləri ödənişlərin məb­ləği isə 35,168 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 2,1 dəfə çoxdur.

Yanvar ayında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı­nın 26,3 manatı ödəniş edilib. Əvvəlki ildə bu göstərici 14,1 manat olub.

 

“Xalq qəzeti”

İqtisadiyyat