Texnologiya nəhəngi “Apple” istifadəçilərə sağlamlıqlarını daha yaxından və asanlıqla izləmək imkanı vermək üçün yeni ağıllı üzük hazırlayır. Eyni texnoloji funksiyalara malik üzüyün oxşarı rəqib şirkət – “Samsung” tərəfindən də müştərilərə təqdim olunacaq. “Samsung” tərəfdən hazırlanacaq məhsulun “Galaxy Ring” adlanacağı gözlənilir.
XQ xəbər verir ki, bu barədə Cənubi Koreyada mediası məlumat yayıb. Məlumatalara görə, “Apple” istifadəçilərin sağlamlıq ölçülərini, yandırdıqları kaloriləri daha yaxından izləməsi üçün xüsusi ağıllı üzüklərin hazırlanmasına artıq başlayıb.
Əslində, “Apple” bir neçə ildir ki, "ağıllı üzük" ideyası ilə məşğul olur, bunu bir neçə patent göstərir. Məlumatlara görə, “Samsung” da oxşar layihə üzərində işləyir. “Apple”ın baş direktoru Tim Kukun “ilk deyil, ən yaxşısı ol” şüarını nəzərə alsaq, "ağıllı üzüy"ü satışa çıxaran ilk şirkətin “Samsung” olacağını gözləmək olar.
“Electronic Times” yazır ki, “Apple” "ağıllı üzük" üzərində işini gücləndirib, çünki "ağıllı üzük" şarj etmədən barmaqlarda uzun müddət qala bilir və yuxu zamanı heç bir narahatlıq vermir.
XQ