Latviyanın sabiq Prezidenti: Bakı COP 29 üçün düzgün seçilmiş bir məkandır

post-img

Bakı zəngin keçmişə malik şəhərdir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi üçün bu şəhər düzgün seçilmiş məkandır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Latviyanın sabiq Prezidenti Egils Levits XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasında çıxışı zamanı deyib.

“İnanıram ki, bu mötəbər tədbir iqlim dəyişikləri ilə bağlı yeni müzakirələrə nəfəs gətirəcək və uğurla keçiriləcək”, - deyə Egils Levits vurğulayıb.

Siyasət