Azərbaycan ilə Özbəkistan arasında “Kibertəhlükəsizlik sahəsində Anlaşma Memorandumu” imzalanıb

post-img

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Özbəkistan Respublikasının Kibertəhlükəsizlik sahəsində ayidiyəti Dövlət Qurumu arasında “Kibertəhlükəsizlik sahəsində Anlaşma Memorandumu” imzalanmışdır.

Dövlət Xidmətindən XQ-ə verilən məlumata görə, memorandumun məqsədi kibertəhlükəsizlik sahəsində ciddi insidentlər zamanı cavab tədbirləri hazırlamaq üçün qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, səyləri, texniki, maliyyə və insan resurslarından səmərəli istifadə etməsidir.

Əməkdaşlığın əhatə dairəsi kibertəhlükəsizlik təhdidləri, zərərli proqram təminatı və kibertəhlükəsizlik təhdidlərinin indikatorları haqqında məlumat mübadiləsinin aparılması, Kompüter İnsidentlərinə qarşı Mübarizə xidmətlərinin işində birgə tədbirlərin təşkili, fikir, məlumat və təcrübə mübadiləsi məqsədilə ikitərəfli görüşlər və digər tədbirlərin keçirilməsindən ibarətdir.

İKT