Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək. “XQ” xəbər verir ki, Qurban Qurbanovun yetirmələri pley-off mərhələsinin cavab matçında Sloveniyanın “Olimpiya” komandasını sınağa çəkəcəklər.
Qarşılaşmanı ispaniyalı FİFA referisi Alexandro Ernandes idarə edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 20:00-da başlayacaq.
Qeyd edək ki, səfərdəki ilk oyunda Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.
Elçin ABBASOV,
“Xalq qəzeti”