Tacikistan Təhsil Nazirliyinin nümayəndə heyəti ilə TKTA-da görüş

post-img

Tacikistan Respublikasının Təhsil Nazirliyi və müxtəlif təhsil qurumlarını təmsil edən nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) görüş keçirilib.

TKTA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə agentliyin İdarə Heyətinin sədr müavini Kamran Rəsulov TKTA-nın fəaliyyət istiqamətləri haqqında məlumat verərək hazırda görülən işlərdən danışıb.

Keyfiyyət departamentinin direktoru İlham Hümbətov isə ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirməsi ilə bağlı TKTA-nın təcrübəsini paylaşıb.

Daha sonra ümumtəhsil müəssisələrində keyfiyyət monitorinqi barədə təqdimat edilib və bu sahədə görülən işlər və monitorinq mexanizmi barədə ətraflı məlumat verilib.

Elm