Paris metrosu robotlara əmanətdir

post-img

Texnologiyanın sürətli inkişafı sayəsində robotlar artıq həyatımızın hər sahəsində bizə yardımçı olur. Onlar istehsalçı şirkətlərdən müxtəlif qiymət müqabilində alınaraq müəyyən sahələrdə işləri görmək üçün istifadə edilirlər.

Belə robotlardan biri 100 illik tarixi olan Paris metrosunda işə başlayıb. "Perceval" adlanan robot itin öhdəliyi metro xəttinin düzgün fəaliyyətini təmin etməkdir. Paris Nəqliyyat İdarəsi robot heyətini 110 min dollara (təxminən 187 000 AZN) satın alındığını bildirib.

Qeyd edək ki, boyu bir metrdən az olan robot itin 40 kiloqram çəkisi var. Robot it girilməsi çətin olan tunellərə göndərilir və orada müxtəlif işlər görür.

Əfsanə ƏHƏDLİ

"Xalq qəzeti"

İKT