İlon Maskın rəhbərliyi altında “Twitter” məzmun yaradıcıları üçün yeni gəlir qapısı açıb. “Twitter Abunəlikləri” funksiyası bir müddət əvvəl istifadəyə verilib. Artıq izləyicilər istədikləri məşhur üçün “Twitter”dakı hesablarına abone olurlar. Həmçinin bu funksiya ilə şəxslər abunəçilərilə xüsusi tvit və məzmunlar paylaşa bilirlər. Digər tərəfdən isə məzmun yaradıcıları bu abonəliklərdən maddi qazanc əldə edirlər. İlon Maskın özünün 25 min “Twitter” abunəçisi var. Bəs görəsən Mask bundan nə qədər qazanır?
“Twitter abunəlikləri” funksiyası izləyicilərə öz sevimli məzmun yaradıcılarına birbaşa dəstək olmağa imkan verir. Twitter-in CEO-su Elon Musk bu xüsusiyyəti tanıtmaq üçün paylaşdığı ekran şəklində 24.700 ödənişli abunəçisi olduğunu açıqlayıb. Musk-a ayda təxminən dörd dollar müqabilində abunə olmaq mümkündür.
Beləliklə, Musk yalnız abunəlik funksiyasından ayda 98,800 dollar qazanır. Abunəçilərin sayının azalmayacağını fərz etsək, Maskın il ərzində qazancı 1 milyon 185 min dolları keçəcək. “Twitter abunəlikləri” artıq bir neçə ölkədə məzmun yaradıcıları üçün əlçatan olsa da, adi istifadəçilər Azərbaycan da daxil olmaqla, başqa yerlərdən izlədikləri insanlara abunə ola bilərlər.
Əfsanə ƏHƏDLİ,
“Xalq qəzeti”