“YouTube Shorts” vs “TikTok”: Hansı daha populyardır?

post-img

“YouTube” şirkətinin “TikTok”-a rəqib olaraq yaratdığı “Youtube Shorts” (qısa videolar) rekord sayda baxış əldə edib. Platformanın paylaşdığı məlumatlara görə, proqramın videolarına hər ay 1,5 milyarddan çox istifadəçi baxır. Bu rəqəm isə “TikTok”-un videolarına baxış sayını keçib. Məlumatı “cnn.com” saytı verib.

“YouTube”-da iki ildən az bir müddət əvvəl istifadəyə verilən qısa video funksiyası bütün dünyada məşhurlaşıb. Belə ki, qısa videoları gün ərzində müxtəlif vaxtlarda və yerlərdə milyardlarla istifadəçi izləyir. Qısa videolara baxan istifadəçilər daha uzun seanslar üçün “YouTube”-da digər videolara müraciət edirlər. Bu isə “YouTube” videolarının da orta izləmə müddətini artırıb.

“YouTube”,həmçinin gələcəkdə platformadakı uzun formatlı videolar, canlı yayımlar, musiqi və podkastlar kimi müxtəlif kateqoriyaları “Youtube Shorts”-a inteqrasiya etməyi planlaşdırdığını bildirib.

Əfsanə ƏHƏDLİ,
“Xalq qəzeti”

İKT