Deflimpiyaçılarımız Dünya çempionatında 3 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıb

post-img

Türkiyənin İstanbul şəhərində WSF versiyasında təşkil edilən karate üzrə Şotokan Dünya çempionatına yekun vurulub. 19 ölkədən 1300 idmançının iştirak etdiyi mötəbər yarışda ölkəmiz həm də 10 deflimpiyaçı ilə təmsil olunub. Azərbaycan Deflimpiya Komitəsindən verilən məlumata görə, komandamız Dünya Çempionatında tarixi nəticə əldə edərək ümumilikdə 3 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıb.

Karateçilərimiz Hikmət Ağayev (+18 yaş, 75 kq, kumite), Sahib Sahibli (+18 yaş, +75 kq, kumite), Yusif Əzimzadə (14–17 yaş, -60 kq, kumite) inamlı qələbə qazanaraq qızıl medallara yiyələniblər.

Aytən Qədirova (kata) və Nizaməddin Əzimzadə (14–17 yaş, 60 kq, kumite) Dünya çempionatını gümüş medallarla başa vurublar.

Komandamızın heyətində Əliəkbər Əlizadə (+18 yaş, 75 kq, kumite) və Elnur Qasımzadə (+18 yaş, +75 kq, kumite) bürünc medal qazanıblar.

Qabil YUSİFOĞLU
XQ

 







İdman