Yol Polisi İdarəsi: Diqqətsizliyin və məsuliyyətsizliyin nəticəsi ağır olur

post-img

Piyadavurma hadisələrinin qarşısının alınması üçün görülən profilaktik tədbirlər və maarifləndirmə işləri davam etdirilir. Yol hərəkəti iştirakçıları arasında ən müdafiəsiz tərəf olan piyadaların şəxsi məsuliyyət hissi həyati əhəmiyyət daşıyır.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. 

Xüsusilə çoxzolaqlı və yüksək sürət rejimi tətbiq olunan yollarda qaydalara əməl etmədən, piyada keçidlərindən istifadə etmədən yolu keçmək ciddi təhlükə yaradır. Belə hallarda baş verən ağır yol-nəqliyyat hadisələri təsadüfi deyil, qayda pozuntusu  nəticəsində yaranır. 

Hörmətli piyadalar, bir daha sizə müraciət edirik ki, öz həyatınızı riskə atmayın, yolu yalnız müəyyən olunmuş keçidlərdən keçin, diqqətli və məsuliyyətli davranın. Çünki yolda təhlükəsizlik hər kəsin özündən başlayır.

P.ƏMİRCANOV
XQ

 

Sosial həyat