Azərbaycan Güləş Federasiyası (AGF) bölgələrdə infrastrukturun və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Bu fəaliyyət planının tərkib hissəsi olaraq, regionlarda daha 4 güləş zalı istifadəyə verilib.
Gənclər və idman naziri Fərid Qayıbov, AGF-nin vitse-prezidentləri Namiq Əliyev, Namiq Abdullayev, Fərid Mansurov, həmçinin federasiyanın baş katibi Pərvin Piriyevin iştirakıyla güləş zallarının açılışı həyata keçirilib. Güləş Federasiyasının Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Qarabaqqal kənd orta məktəbin, Göycay şəhərində isə 1, 3 və 6 saylı orta məktəblərin idman zalları güləşçilərin ixtiyarına verilib. Güləşin bütün növləri üzrə idmançıları yetişdirən zallarda məşqlər ödənişsizdir. Bu güləş mərkəzlərində 600-dən artıq idmançının məşq etməsi üçün hər cür şərait var.
Qeyd edək ki, AGF il ərzində mütəmadi olaraq yeni güləş zallarının açılışını planlaşdırır.
Qabil Yusifoğlu
XQ



