Portuqaliya Paralimpiya Komitəsi (CPP) Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinə (ARMPK) təşəkkürnamə təqdim edib.
10 dekabrda Portuqaliyanın paytaxtı Lissabonda CPP-nin 2025-ci ilin yekunlarına həsr olunmuş qala gecəsi keçirilib. Gecədə Azərbaycan Milli Paralimpiya Komitəsi prezidentinin müşaviri Şahin Kazımzadə Portuqaliya Paralimpiya Komitəsinin quruma ünvanladığı dəvət əsasında iştirak edib.
Tədbirdə CPP tərəfindən ARMPK-ya əməkdaşlığa görə təşəkkürnamə təqdim edilib.
Qeyd edək ki, 9 dekabrda Ş.Kazımzadə qurumun paytaxt Lissabonda yerləşən inzibati binasında Portuqaliya Paralimpiya Komitəsinin prezidenti Jose Manuel Lourenço, CPP-nin vitse-prezidenti, eləcədə Beynəlxalq Paralimpiya Komitəsinin birinci vitse-prezidenti Leila Marques Mota və vitse-president Tiago Carvalho ilə görüş keçirib.
Görüş zamanı tərəflər hər iki ölkədə paralimpiya hərəkatının inkişafı, mövcud əməkdaşlığın genişləndirilməsi, tibbi təsnifat, tədris və birgə təlim-məşq toplanışlarının təşkili məsələlərini müzakirə ediblər.
XQ

