Azərbaycan Üzgüçülük Federasiyası (ASF) tərəfindən təşkil olunmuş “Hədəfə Doğru” suya tullanma turnirinə yekun vurulub. Bakı Su İdmanı Sarayında keçirilmiş yarışda ölkəmizin perspektivli idmançıları öz bacarıqlarını göstəriblər. Bu yarış gənc istedadların üzə çıxması, onların beynəlxalq turnirlərə hazırlığı və ümumi suya tullanma məktəbinin inkişafı baxımından xüsusi önəm daşıyır. Tamaşaçıları həm yüksək ustalıq, həm də dinamika ilə dolu idman şousu izləyiblər.
İdmançılara mükafatları ASF-nin baş katibi Oqtay Atayev, idman direktoru Pyer Ləfonten, müşavir Rəşad Əbdürəhmanov, suya tullanma üzrə yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi Anton Melnikov, akrobatika məşqçisi Seymur Cəfərov və yarışın hakimləri Bəxtiyar Ağaxanov ilə Aybəniz Əliyeva təqdim ediblər.
Qeyd edək ki, turnirin nəticələrinə əsasən, yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının heyəti yenilənəcək.
Maraqlı mübarizə şəraitində keçən yarışın qalibləri belə müəyyənləşib:
9 və daha kiçik yaş (oğlanlar)–Məhəmməd Hüseynov, Timur Kardaş, Əkrəm Əhmədov, 9 və daha kiçik yaş (qızlar)–Məryəm Beqova, Sofiya Ağayeva, Mehri Ağayeva, Başlanğıc qrupu (qızlar)–Nəfəs Mouluki, Melissa Şirvanzadə, Dəniz Seyidli, 10-14 yaş (oğlanlar)– Maqsud Tahirli, Əli Cabbarlı, Alper-Sezar Bayramov, 10-14 yaş (qızlar)–Ayla Hüseynova, Suada Tahir, Alisa Hacıyeva, 9 və daha kiçik yaş (oğlanlar, 3 metr)–Məhəmməd Hüseynov, Tamerlan Alıverdiyev
Timur Kardaş, 9 və daha kiçik yaş (qızlar, 3 metr)–Mehri Ağayeva, Sofiya Ağayeva, Məryəm Əlizadə, Başlanğıc qrupu (qızlar, 3 metr)–Nəfəs Mouluki, Dəniz Seyidli, 10-14 yaş (oğlanlar, 3 metr)–Maqsud Tahirli, Əli Cabbarlı, Alper-Sezar Bayramov, 10-14 yaş (qızlar, 3 metr)–Ayla Hüseynova, Suada Tahir, Alisa Hacıyeva.
Qabil YUSİFOĞLU
XQ

