Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

post-img

Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında U-17 Avropa çempionatına start verilib.

XQ xəbər verir ki, 29 ölkənin qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 1 idmançısı mərhələ adlayıb.

Əli Abaslı (52 kiloqram) 1/16 finalda Qabriel Cuffarini (İtaliya) məğlub edib – 5:0 (30:26, 30:25, 30:27, 30:26, 30:25). O, növbəti görüşündə ilk mərhələdən azad olan Yoan-Serban Stoiça (Rumıniya) ilə qarşılaşacaq. Döyüş dekabrın 12-də olacaq.

İdman