Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aleksandr Revva ilə müqavilənin müddəti uzadılıb. Rusiyalı mütəxəssislə 1 illik yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Aleksandr Revva 2023-cü ilin oktyabr ayından Azərbaycan millisinə rəhbərlik edir. Mütəxəssis, həmçinin qadın həndbolçulardan ibarət “Azəryol” komandasının da baş məşqçisidir.
M.HACIXANLI
XQ