Kişi voleybolçular arasında Yüksək Liqada VII tura yekun vurulub

post-img

Kişi voleybolçular arasında Yüksək Liqada VII tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun bağlanış oyunu “Azərreyl” və “Murov Az Terminal” komandaları arasında olub. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan görüş “Murov Az Terminal”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Turun daha əvvəl keçirilmiş oyunlarında MOİK "Gənclər"i 3:2, "Xilasedici" "Neftçi"ni 3:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, kişi voleybolçuların Yüksək Liqasında növbəti turun matçları yanvarın 29-30-da oynanılacaq.

İdman