Böyük Britaniyanın idman qurumu “UK Sport” 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları üçün idman növlərinə 330 milyon funt sterlinq (təxminən 418 milyon dollar) sərmayə yatıracağını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bununla belə, atletika və kayak idman növləri üçün maliyyə dəstəyi azaldılacaq. Qarşıdakı Olimpiya Oyunları üçün atletikanın maliyyə dəstəyi 22.2 milyon funt sterlinqdən 20.5 milyon funt sterlinqə endirilib.
“UK Sport” maliyyənin digər idman növlərinə istiqamətləndiriləcəyini bildirərək, “Los-Anceles-2028” Yay Oyunlarında Britaniyanın uğurlarını artırmağa çalışacağını vurğulayıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London