Stolüstü tennisçilərimiz Riqada qalib olublar

post-img

Latviyanın paytaxtı Riqa şəhərində keçirilən “Riga City Council’s Youth Cup” beynəlxalq turnirində Azərbaycanın stolüstü tennisçiləri Onur Quluzadə ilə Yağmur Məmmədli uğurla çıxış ediblər. 

U-13 yaş kateqoriyasında mübarizə aparan millimizin üzvləri bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. 

Azərbaycan millisi beynəlxalq yarışa 16 idmançı ilə qatılıb.

Turnirə oktyabrın 27-də yekun vurulacaq.

L.QURBANOVA XQ

İdman